Anasını zorlamağa çalışan şəxsi deşik-deşik elədi

Anasını zorlamağa çalışan şəxsi deşik-deşik elədi
SOSİAL
13:08 12.09.2017
11462

Adam öldürməyə cəhddə təqsirləndirilən Vidadi Məmmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.  

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Şəmsəddin Quliyev müdafiə çıxışı edib.

Müdafiəçi çıxışında bildirib ki, Vidadi Məmmədovun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmayıb: "Vidadinin niyyəti zərərçəkmiş şəxsə ağır bədən xəsarəti yetirmək olub. Zərərçəkmiş Bəhruz Paşayev təqsirləndirilən şəxsin anasına təcavüz etməyə cəhd edib. Bunu görən Vidadi də bu hərəkəti edib. Həmin vaxt Vidadi affekt vəziyyətində olub, həyəcanlanıb və özünü itirib. Onu öldürmək yox, cinsiyyət orqanını kəsib, cəzalandırmaq istəyib. Ona görə Vidadiyə sanksiyadan daha aşağı həddə cəza verilməsini xahiş edirik". 

Məhkəmədə replika hüququndan istifadə edən prokuror bildirib ki, zərərçəkmiş Bəhruz Paşayev barəsində də cinayət işi açılıb. 

B.Paşayev barəsində Quba Rayon Prokurorluğunda 29.149-cu (zorlamaya cəhd) və 157.1-ci (mənzildə yaşayanın iradəsinə zidd olaraq mənzilə daxil olma) maddələri ilə cinayət işi açılıb.

İş Quba Rayon Məhkəməsinə göndərilib.

Daha sonra təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edərək vəkili ilə razı olduğunu deyib.

Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Vidadi Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, prokuror çıxışında Vidadi Məmmədova 14 il 6 ay cəza istəmişdi.

Qeyd edək ki, hadisə bu il Qubanın Mirzəqışlaq kəndində baş verib.

33 yaşlı kənd sakini Bəhruz Paşayevlə qonşusu, 52 yaşlı Samirə Məmmədova arasında şəxsi zəmində münaqişə yaşanıb. Sonradan Samirə Məmmədovanın oğlanları da mübahisəyə qoşulublar.

Bəhruz Paşayev həmin vaxt sərxoş olub. Onun S.Məmmədovaya təcavüz etmək istədiyi bildirilir.

Bu zaman münaqişə yaranıb və Bəhruzun üzərinə qaynar su tökülüb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Cərrahiyyə şöbəsində müvafiq yardımlar göstərilərkən gecə saatlarında özünü zərərçəkən Bəhruz Paşayevin yaxını kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov ona sarğı otağında 6 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.

Yaralı üzərində 6 saat cərrahiyyə əməliyyatı aparıldıqdan sonra onu həyatda saxlamaq mümkün olub.

Vidadi Məmmədova Cinayət Məcəlləsinin 29.120-ci (öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.  

///lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR