AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, xəbər verir ki, dünən 2011-ci il təvəllüdlü Mirkamal Abdulhüseynli yaşadığı evdə döş nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb.
O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan hadisə ilə bağlı sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisə ilə bağlı əlavə şərh verilməyib.










































