"Anasının öldüyünü üç gün qızından gizlətdik" - Yaşar Nurinin qızı

"Anasının öldüyünü üç gün qızından gizlətdik" - Yaşar Nurinin qızı
MAQAZİN
14:43 25.11.2025
248
Yaşar Nurinin qızı Ülkər Yaşarqızı vəfat edən bacısının 12 yaşlı qızı Gülnar haqda danışıb.
 
AZXEBER.COM xəbər verir ki, Ülkərin sözlərinə görə qızı anasının vəfatını üç gün sonra bilib.
 
"Elgizlə izlə" verilişində qonaq olan sənətçi bacısı qızına özünün baxdığını deyib:

"Gülnar artıq bizə əmanətdir. Üç gün anasının vəfat etdiyini ondan gizlətdik. Daha sonra anam ona deyəndə, günlərlə şokdan ayılmadı. Gülnar çox ağıllı və mətanətli uşaqdır, özünü sındırmır. Deyirəm mən də atamı itirmişəm. Deyir "Sən onda böyük qadın idin"... Ona nələrsə alıram, deyir "Başımı bunlar ilə qatmayın. Mən hər şeyi anlayıram. Heç bir şey anamın sevgisini mənə əvəz edə bilməz".
 
Aysel 

OXŞAR XƏBƏRLƏR