Rep ifaçısı PRoMete (Pərviz İsaqov) Xalq artisti Faiq Ağayevlə birgə oxuduğu "Anaya məktub / Bəlkə də" adlanan duetə ekran həyatı verib.
AZXEBER.COM xəbər verir ki, sözləri Vaqif Səmədoğlu, musiqisi PRoMete və Elgün Ataxanlıya aid olan trekdə PRoMetenin də əlavələri olub.
Arajımanı isə Yaşar Baxış və Elgün Ataxanlıya həvalə edilib. "Anaya məktub" musiqisi Emin Sabitoğlu, sözləri Vaqif Səmədoğluya aid olan "Bəlkə də" mahnısının motivləri əsasında yazılıb.
Qeyd edək ki, klip rep ifaçının rəsmi "Youtube" kanalında yayımlanmaqdadır.
Aysel