Dünyaca məşhur aktrisa Ancelina Coli yenə hər kəsi təəccübləndirib.
Bu dəfə A.Colinin 16 yaşında çəkdirdiyi şəkillər ortaya çıxıb. Bir neçə gün öncə Colinin 12 il qabaq çəkdirdiyi şəkilin hərraca çıxarılması xəbəri hamını şoka salsa belə, Çoli yenidən xəbər aləmində sensasiya yaradıb.
Qeyd edək ki, 16 yaşında çəkilən şəkillər model olmaq istəyən Ancelina Coliyə məxsusdur. Gənc yaşlarında A.Coli aktrisa və model peşəsi arasında seçim etməkdə çətinlik çəkirdi. Şəbəkədə yayılan bu fotoları Ancelina Colinin pərəstişkarlarını sevindirsə də, onun bu haqda hələ ki xəbəri olmadığı iddia olunur.
Dünya mətbuatına istinadən fotosessiyanı təqdim edir.
// bakuinfo.az














