Ancelina Coli Qəzzaya hücuma görə İsraili qınadı

Ancelina Coli Qəzzaya hücuma görə İsraili qınadı
MAQAZİN
01:43 02.11.2023
345
Dünya şöhrətli aktrisa Ancelina Coli İsrailin Qəzzadakı Əl-Cəbəliyə qaçqın düşərgəsini bombalaması haqqında danışıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o hücuma görə İsraili günahlandırıb: 

"Qəzza təxminən iyirmi ildir açıq hava həbsxanasıdır və sürətlə kütləvi məzarlığa çevrilir. Bu, qaçmağa yeri olmayan qapalı bir əhalinin qəsdən bombalanmasıdır".

Aktrisa dünya liderlərini də qınayıb: 

"Dünya liderləri humanitar atəşkəs tələbini rədd edərək və BMT Təhlükəsizlik Şurasının hər iki tərəfə atəşkəs tətbiq etməsinə mane olmaqla bu cinayətlərə şərik olurlar”.
OXŞAR XƏBƏRLƏR