Ançelotti Ardanın yerinə kluba bu futbolçunu gətirir

İDMAN
15:39 01.08.2023
618
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti türkiyəli ulduz futbolçu Arda Gülerin zədəsindən sonra yaşadığı şokdan çıxmağa çalışır.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, italyan baş məşqçi uzun müddət meydandan kənar qalacağı gözlənilən Arda Gülərin yerinə Niko Pazı heyətə qatmağı planlaşdırır.
 
Gənc futbolçunun Arda Gülər ​​qayıdana qədər oynamaq şansı ola bilər.

Ançelottinin Pazın çıxışından razı qaldığı öyrənilib. "Milan" və "Mançester Yunayted"lə qarşılaşmada diqqətlər çəkən futbolçunun "Kastilya"dan "Real Madrid"in A heyətinə transfer olunacağı gözlənilir.

Ötən mövsüm "Real Castilla"da 17 oyun keçirən Niko Paz 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR