Çox sayda oyunçunun zədələnməsinə baxmayaraq, La Liqaya 5-dən 5-lə başlayan "Real Madrid" klubu derbidə ilk məğlubiyyətini "Atletiko Madrid" qarşısında alıb.
AZXEBER.COM İspan mətbuatına istinadən xəbər verir ki, bu həftə "Las Palmas"la qarşılaşacaq "Real Madrid"in heyətində dəyişiklik olacağı gözlənilir.
Ançelottinin Arda Gülerə sürpriz edəcəyi və onu "Las Palmas" matçı üçün heyətə qatacağı gözlənilir.
İspaniya mətbuatında yer alan xəbərə görə, o, Arda Gülərin komandaya qatılacağı təqdirdə taktiki dəyişikliklər ediləcəyini deyib.
Başqa bir ehtimal Ardanı heyətdə orta hissəyə yerləşdirməkdir. Bu halda Kamavinqa sağ cinah müdafiəçisinə olacaq.
Hazırda "Real Madrid" sağ cinah müdafiəsində problemlər yaşayır və mövcud oyunçulardan heç birindən effekt ala bilmir.
Günel