Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib

İDMAN
18:54 25.01.2024
140
Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının yeni prezidenti seçilib.

AZXEBER.COM-un qurumun rəsmi saytına istinadən məlumatına görə, 47 yaşlı mütəxəssis bu posta yeganə namizəd olub.

Səsvermə zamanı 93 nəfərdən yalnız Şevçenko özü bitərəf qalıb. Digərləri isə ona səs veriblər.

Qeyd edək ki, Ukrayna Futbol Assosiasiyasının əvvəlki prezidenti hazırda istintaq təcridxanasında olan Andrey Pavelko olub.

OXŞAR XƏBƏRLƏR