“Android” istifadəçilərinə virus XƏBƏRDARLIĞI

“Android” istifadəçilərinə virus XƏBƏRDARLIĞI
MARAQLI
10:34 11.08.2021
1288
"Android" istifadəçilərinin sosial media hesabları oğurlana bilər.

AZXEBER.COM oxu.az-a istinadən bildirir ki, bu barədə Amerikanın "Zimperium" şirkətinin mobil təhlükəsizlik üzrə ixtisaslaşmış analitikləri xəbərdarlıq ediblər.

Bildirilir ki, ilk dəfə 2021 -ci ilin martında ortaya çıxan zərərli proqram "FlyTrap" adlanır.

Araşdırmalar zamanı dünyanın 144 ölkəsində ən az 10 min insanın sözügedən troyan virusun qurbanı olduğu öyrənilib.

Analitiklər virusun vətəninin Vyetnam ola biləcəyini düşünürlər.

Virus həmçinin "Google Play Store" vasitəsilə də yayılıb: sayt rəhbərliyi ən az doqquz yoluxmuş proqramı silib (ancaq digər mağazalarda hələ də mövcuddur).

İddia olunur ki, zərərli proqramın əksəriyyəti istifadəçilərə "Netflix" və "Google AdWords" üçün promo kodları təklif edir, daha bir neçə tətbiq isə futbolla bağlıdır.

Tətbiqlərdən istifadə etmək üçün "Facebook"a daxil olmaq lazımdır. Troyan bir hesaba daxil olduqdan sonra istifadəçilərin şəxsi məlumatlarını, identifikatorlarını, məkan tarixçələrini, elektron poçt ünvanlarını və IP ünvanlarını, həmçinin sosial şəbəkədəki "cookie" fayllarını oğurlayır.

Bu, hakerlərin hesaba tam giriş əldə etməsinə və sonra öz məqsədləri üçün istifadə etməsinə (o cümlədən - qurbanın abunəçilərinə viruslu mesajlar göndərməyə) imkan verir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi
19:46 02.07.2025
Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
19:34 02.07.2025
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir