“Android” istifadəçilərinə xəbərdarlıq - VİRUS

DÜNYA
01:31 07.02.2015
1308
“Android” əməliyyat s istifadəçilərinə “Google Play”dəki bəzi məşhur tətbiqetmələrdəki reklam kodları ilə bağlı xəbərdarlıq edilib.AZXEBER.COM “BBC”-ə istinadən xəbər verir ki, bu cür reklamlar “Android” smartfonlarında və planşetlərində tez-tez isitfadəçilərin qarşısına çıxa bilər.Antivirus şirkəti olan “Avast”dan bildiriblər ki, bu virus xarakterli reklamların mövcud olduğu “Durak” adlı oyun 10 milyon dəfə yüklənilib.Google şirkəti dərhal “Durak” oyununa girişi qadağan edib. Virusun digər tətbiqetmələrə də yayıldığı bildirilir. Tətbiqetmələrin yaradıcıları isə məsələyə münasibət bildirmək istəməyib.Bəs bu cür hallarda nə etmək lazımdır? Telefona virus düşməsinin qarşısını necə almaq olar?
OXŞAR XƏBƏRLƏR