“Android” smartfonlarda peyk rabitəsi olacaq

MARAQLI
20:58 02.09.2022
736
"Google” şirkəti "Android” smartfonların peyklərə birbaşa qoşulmasına imkan verəcək yeni texnologiya hazırlayır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Google”un Platformalar və Ekosistemlər üzrə baş icraçı direktoru Hiroşi Lokxeymer məlumat verib.

Şirkət smartfonların peyklərə birbaşa qoşulmasına imkan verəcək yeni texnologiyadan "Android”in 14-cü versiyasında istifadə etmək niyyətindədir.

Xatırladaq ki, "Android” smartfonların növbəti versiyası 2023-cü ilin payızında təqdim ediləcək.

OXŞAR XƏBƏRLƏR