Karyerasını Çinin "Şanxay Şenhua" klubunda davam etdirən Nikolya Anelka yenidən İngiltərəyə qayıda bilər.
AZXEBER.COM-un "Goal.com"a istinadən verdiyi məlumata görə, fransız futbolçu Premyer Liqa təmsilçisi "Vest Hem"in maraq dairəsinə düşüb.
Bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkən "Vest Hem" qışda heyətini gücləndirməyi planlaşdırır. Çindəki həyatından məmnun olmayan Anelkanın da İngiltərəyə qayıtmaq istədiyi bildirilir. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə 33 yaşlı futbolçu yanvar ayından yenidən Premyer Liqada çıxış edəcək.
Qeyd edək ki, "Şanxay Şenhua"nın heyətində 12 oyun keçirən Anelka cəmi 3 dəfə rəqib qapısına yol tapıb.