Almaniyanın baş naziri Angela Merkelin təyyarəsi İrəvanın "Zvarnots” hava limanına enib.
AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, Merkeli Ermənistanın baş naziri Nikol Paşinyan qarşılayıb.
Angela Merkelin Paşinyanla və erməni president Armen Sarkisyanla görüşü gözlənilir. Görüşlərdən sonra mətbuat konfransı keçiriləcək.
Angela Merkel Ermənistana Gürcüstandan gəlib.
Kansler İrəvandan Bakıya səfər edəcək.