Ani başlayan şiddətli baş ağrısı ilə bağlı həkim xəbərdarlıq edib.
AZXEBER.COM xəbər verir ki, insult hadisələrinin son dövrlərdə tez-tez rast gəlinməyə başladığına diqqət çəkən ürək-damar cərrahı İhsan Alur ani başlayan şiddətli baş ağrısı və ya başgicəllənmənin iflicin səbəbi ola biləcəyini ifadə edib.
Boynun sağ və sol tərəfindəki oksigenli qanı ürəkdən beyinə daşıyan damarların yuxu arteriyaları olduğunu ifadə edən ürək-damar cərrahı İhsan Alur karotid arteriya xəstəliyi və insult ilə bağlı açıqlamalar verib:
"Karotid arteriya xəstəliyi, danışıq dilində yuxu damarları da adlandırılan bu damarların daxili hissəsində oksidləşmiş yağ və lövhə adlanan kalsium yığılmasının daralması və ya tıxanması nəticəsində meydana gəlir. Bədənin bir yarısında və bəzən üz nahiyəsində müxtəlif dərəcədə güc itkisi və ya hissiyat itkisi varsa, danışıq və anlamaqda çətinlik çəkirsinizsə, ani görmə itkisi varsa, mütləq ürək-damar mütəxəssisinə müraciət etməlisiniz. Baş ağrısı insanlara təsir edən ağrılı vəziyyətlərdən ən çox görülənidir. Belə ağrılar sistematik xəstəliklərlə yanaşı nevroloji xəstəliklərə də yol aça biləcək bir simptomdur. Hər gün davam edən bağ ağrısı hər hansısa bir xəstəlikdən xəbər verə bilər”.
Ayşən