İlin əvvəlindən Türkiyədə artıq dörd partlayış olub.
Türk xüsusi xidmət əməkdaşları son həftə ərzindəkamekadzelərin iştirakı iləbir neçəterror aktının qarşısını alıb.
AZXEBER.COM Reutersə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti TayyibƏrdoğanınmətbuat katibi İbrahim Kalın Ankarada mətbuat konfransı zamanı bəyan edib.
İlin əvvəlindən Türkiyədə artıq dörd partlayış olub, bu partlayışlar nəticəsində ən azı 80 nəfər həlak olub.
Xatırladaq ki, martın 19-da İstanbulda terrorçu kamekadze tərəfindən partlayış törədilib. İstanbulun mərkəzində İstiqlal küçəsində partlayıcı qurğunun işə salınması nəticəsində dörd nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.