Ankarada Ərdoğan, Putin və Ruhaninin təhlükəsizliyini 4 min polis qoruyacaq

Ankarada Ərdoğan, Putin və Ruhaninin təhlükəsizliyini 4 min polis qoruyacaq
DÜNYA
15:44 03.04.2018
8022

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Ankarada Suriya ilə bağlı keçirəcəkləri görüşün təhlükəsizliyini 4 min polis əməkdaşı təmin edəcək.

"Report” "Haber7”yə istinadən xəbər verir ki, Rusiya və İran prezidentlərinin təhlükəsizliyini təmin etmək üçün Esenboğa hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bildirilib ki, Vladimir Putin və Həsən Ruhaninin qalacaqları mehmanxanalarda geniş təhlükəsizlik tədbirləri görülüb. Onların qalacaqları mehmanxanaların mərtəbələri tamamilə bağlanıb, ziyarət zamanı otelin ətrafı, ora açılan küçə və prospektlərdə qabaqlayıcı tədbirlər görüləcək. 

OXŞAR XƏBƏRLƏR