Ankaraya tarixi uçuş: Minlərlə insan Trampın təyyarəsini canlı izlədi

Ankaraya tarixi uçuş: Minlərlə insan Trampın təyyarəsini canlı izlədi
DÜNYA
15:12 07.07.2026
384
"Air Force One" Ankaraya uçuşu ilə dünya gündəminə düşdü.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampı NATO Liderlər Zirvəsində iştirak etmək üçün Ankaraya gətirən "Air Force One" prezident təyyarəsi uçuş izləmə platforması "Flightradar24"də dünyanın ən çox izlənilən reysi olub.

Məlumata görə, ABŞ-nin Kemp Sprinqs şəhərindən havaya qalxan və Ankara hava limanına eniş etməsi gözlənilən Boeing VC-25 tipli təyyarə eyni anda təxminən 18 min istifadəçi tərəfindən canlı izlənilib.

Bildirilib ki, sözügedən reys "Flightradar24" platformasında "#1 Worldwide" etiketi ilə dünyanın ən çox izlənilən uçuşu kimi qeydə alınıb.
 
 Gülay
OXŞAR XƏBƏRLƏR