ANS-dən onlara açılan cinayət işi ilə bağlı — AÇIQLAMA

ANS-dən onlara açılan cinayət işi ilə bağlı — AÇIQLAMA
MANŞET
12:39 09.01.2017
3139

 

ANS Şirkətlər Qrupu rəhbərlik barəsində cinayət işinin açılması məsələsinə münasibət bildirib.

Bu barədə Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov açıqlama verib.

O bildirib ki, ANS-in vəzifəli və rəhbər şəxsləri barədə cinayət işi açılmayıb və onların ölkəyə giriş-çıxışına heç bir məhdudiyyət yoxdur.

Mais Məmmədov bildirib ki, prokurorluq orqanları ilə bir daha əlaqə saxlanılıb və onlar həqiqətən də ANS-in vəzifəli şəxsləri barədə cinayət işinin olmadığını təsdiqləyiblər.

M.Məmmədov bu mövzuda məlumat yayan mənbələri belə həssas məsələlərdə ehtiyatlı olmağa, hər hansı spekulyasiyaya yol verməməyə çağırıb. (istipress)

OXŞAR XƏBƏRLƏR