Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
MANŞET
17:46 25.04.2025
1010
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etməlidir.

Sərəncamda deyilir ki, XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı: "Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi "Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.

"Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar.

Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.

Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.

Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən "Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.

Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
16:31 03.11.2026
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
Prezidentin vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
16:24 03.11.2026
Prezidentin vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
16:21 03.11.2026
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
16:19 03.11.2026
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
16:12 03.11.2026
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
16:01 03.11.2026
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
15:47 03.11.2026
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
15:41 03.11.2026
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
15:24 03.11.2026
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Təhsilli hərbçilərə şad xəbər – “Yeni qərar zabitlərin motivasiyasını artıracaq”
15:19 03.11.2026
Təhsilli hərbçilərə şad xəbər – “Yeni qərar zabitlərin motivasiyasını artıracaq”
Xəstəxanalarda xidmət çeşidləri artırılacaq - TƏBİB
14:56 03.11.2026
Xəstəxanalarda xidmət çeşidləri artırılacaq - TƏBİB
“Yelo Bank” reysqabağı yoxlama ödənişini yenilədi - ƏDV seçimi əlavə olundu
14:48 03.11.2026
“Yelo Bank” reysqabağı yoxlama ödənişini yenilədi - ƏDV seçimi əlavə olundu
Qəzzada ölənlərin sayı 74 min 615-ə yüksəldi
14:29 03.11.2026
Qəzzada ölənlərin sayı 74 min 615-ə yüksəldi
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
14:26 03.11.2026
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib - FOTOLAR
14:23 03.11.2026
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib - FOTOLAR
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
13:54 03.11.2026
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi