ANS-in 5 əməkdaşı AzTV-də işə başlayıb - SİYAHI

ANS-in 5 əməkdaşı AzTV-də işə başlayıb - SİYAHI
SOSİAL
13:41 26.12.2016
4579

 

Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) işə başlayıblar.

Bunlar ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natavan Babayeva, Röya Bənənyarlıdır.

Bundan başqa, ANS-in keçmiş iki operatorunun da AzTV-də işə götürüləcəyi bildirilir.
AzTV-nin mətbuat xidməti yeni təyinatlarla bağlı açıqlama verməkdən imtina edib.

///report
OXŞAR XƏBƏRLƏR