Antalyada da meşə yanğınları nəzarət altına alındı

Antalyada da meşə yanğınları nəzarət altına alındı
DÜNYA
17:41 06.08.2021
1137
Türkiyənin Antalya vilayətində 10 gün davam edən meşə yanğınları nəzarət altına alınıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli deyib.

Onun sözlərinə görə, bölgədə 10 gün ərzində 21 yanğın ocağı ilə mübarizə aparılıb.

Xatırladaq ki, Antalyanın Manavqat rayonunda 7 nəfər həyatını itirib.

Hazırda Türkiyənin dörd vilayətində meşə yanğınları davam edir.
OXŞAR XƏBƏRLƏR