Antalyada meşə yanğını başladı

Antalyada meşə yanğını başladı
DÜNYA
12:19 18.06.2025
204
Türkiyənin Antalya vilayətinin Kemer ərazisində meşə yanğını baş verib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın bu gün saat 10:30 radələrində Değirmendere məhəlləsində yerləşən Milli Park ərazisində başlayıb.

Hadisə yerinə dərhal müdaxilə edilib. Yanğının söndürülməsi üçün ilkin mərhələdə 2 helikopter, 2 təyyarə, 5 yanğınsöndürən maşın, 2 su təminat maşını və çox sayda yanğınsöndürən işçi cəlb olunub.

Yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.

Oksana
OXŞAR XƏBƏRLƏR