Antalyada meşə yanğını baş verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyanın Konyaaltı rayoununda qayalı ərazidə meşə yanğını baş verib. Saat 12:00 radələrində başlayan yanğına havadan helikopter və təyyarə, qurudan isə meşə işçiləri müdaxilə edib.
Yanğın qısa müddətdə nəzarət altına alınıb, hazırda soyutma işləri aparılır. Yanğının səbəbi araşdırılır, ərazi üzərində elektrik xətlərinin olduğu bildirilir.
Oksana