Antalyada meşə yanğını başladı

Antalyada meşə yanğını başladı
DÜNYA
14:08 05.07.2024
164
Antalyanın Aksu rayonunda meşə yanğını baş verib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bölgəyə sövq edilən qruplar alova havadan və qurudan müdaxilə edib.
 
Hadisə yerli vaxtla 13:00-da baş verib.
 
Xəbər üzərinə hadisə yerinə Fövqaladə Hallar qrupları yönləndirilib.
 
Yanğına 4 helikopter və 2 təyyarə ilə havadan, 8 su tankeri, 2 su təchizatı maşını, 2 ilkin müdaxilə maşını və çoxlu sayda yanğınsöndürən işçisi ilə qurudan müdaxilə edilib.

Oksana

OXŞAR XƏBƏRLƏR