Türkiyənin Antalya vilayətində meşəlik ərazidə yanğın başlayıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, yanğının söndürülməsinə 5 təyyarə, 15 helikopter, 75 yanğınsöndürən maşın, 3 ağır texnika və 450 nəfərdən ibarət heyət cəlb edilib.
Hazırda yanğının nəzarət altına alınması və ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
///modern.az///











































