Antiterror əməliyyatlarında şəhid olan Samir Sadıqovun övladı doğuldu - FOTO

Antiterror əməliyyatlarında şəhid olan Samir Sadıqovun övladı doğuldu - FOTO
SOSİAL
17:43 01.03.2024
202
Azərbaycanda daha bir şəhid övladı dünyaya göz açıb. 

AZXEBER.COM xəbər verir ki, iki gün əvvəl TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Şəhid Samir Sadıqovun oğlu doğulub.

39-cu həftəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpənin cinsiyyəti kişi, çəkisi 2.880 kq, boyu 58 sm-dir.

Ona Amir adı verilib. Amirin yola salınma mərasimində Yeni Klinika və YAŞAT Fondu əməkdaşları iştirak edib.

Məlumat üçün bildirək ki, körpənin atası şəhid Sadıqov Samir Cəbrayıloğlu 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olub.
 

 


OXŞAR XƏBƏRLƏR