Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

İDMAN
18:20 26.10.2022
420
"Bunun final oyunu olduğu aydındır. İkinci yeri tutmaq istəyiriksə, mütləq "Qarabağ”a qalib gəlməliyik".

Bunu "Nant"ın baş məşqçisi Antuan Kombuare Fransada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bütün zədəlilərin sıraya qayıtdığını bildirib: "Nitsa"ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik".

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR