APA-nın 15-ci plenar sessiyasının Bakı Bəyannaməsi qəbul edildi

APA-nın 15-ci plenar sessiyasının Bakı Bəyannaməsi qəbul edildi
MEDIA
11:35 20.02.2025
578
Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının nəticələrinə uyğun olaraq Bakı Bəyannaməsi qəbul olunub.

AZXEBER.COM xəbər verir ki, sənəddə Asiya Parlament Assambleyasının sıralarının genişlənməsi, Omanın tamhüquqlu üzvlüyü, habelə Belarusa müşahidəçi statusunun verilməsi alqışlanıb.

Bəyənnamədə həmçinin üzv parlamentlər İKT-nin istifadəsində siyasət, bacarıqların artırılması, inam və təhlükəsizliyin yaradılması vasitəsilə İKT infrastrukturunun inkişafını təşviq etmək üçün əməkdaşlıq etməyə və lazımi tədbirlər görməyə, güclü parlamentlərarası əməkdaşlığa, qadınların və gənclərin işlərə cəlb edilməsinə kömək etməyə çağırılıb.

Eyni zamanda sənəddə Asiyada mədəniyyətlərarası və dinlərarası dialoqu, mübadiləni inkişaf etdirmək üçün məqsədyönlü fəaliyyətləri, o cümlədən Bakı Prosesi və "Mədəniyyət naminə sülh” qlobal kampaniyasında fəal iştiraka dəvət edilib.

Bəyannamədə ötən il noyabrın 11-22-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının ekoloji və iqlimlə bağlı qlobal problemlərin həllinə mühüm töhfə verəcək uğurlu nəticələri yüksək qiymətləndirilib.

Sənəddə həmçinin 2024-cü ilin noyabrında COP29-da Bakı İqlim Birliyi Paktının qəbulu alqışlanıb və COP29 Sədrliyinin təsirli iqlim fəaliyyətinə imkan verməyə yönəlmiş qlobal təşəbbüsləri təqdir edilib.

Bundan başqa, bəyannamədə Asiya Parlament Assambleyası Ermənistandan Qərbi azərbaycanlıların hüquqlarının bərpasını tələb edib:

"Qərbi Azərbaycan İcmasının müxtəlif beynəlxalq insan haqları sənədlərində təsbit olunduğu kimi Ermənistandakı ata-baba yurdlarına qayıtmaq üçün dialoqa başlamaq üçün dəfələrlə etdiyi müraciətləri qəbul edin və köçkün azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək üçün bütün səyləri səfərbər edin".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
08:10 17.10.2026
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
08:03 17.10.2026
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
07:52 17.10.2026
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır