Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı iyrəndirirsiniz?”

Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı iyrəndirirsiniz?”
SOSİAL
21:18 05.03.2025
528
"Özümə söz vermişdim əsəblərimi qoruyam. Amma bu dövlət məmurları ilə mümkün deyil. Bəsdir bu insanların cibinə girib arvadınıza, sevgililərinizə lüks həyat yaşatdınız! Siz bu millətin, xalqın əziyyətlə qazandığı pullarla varsınız. "Azəriqaz”ın rəhbəri Azər Məmmədov rəsmən xalqın cibinə girir. Qəbzlərdən hər şey aydın görünür”.

Bunu teleaparıcı Zamirə Dadaşova bildirib.

"Sonuncu dəfə 2024-cü il noyabrın 24-də qaza olan borcumu ödəmişəm - 61 manat. 2025-ci il yanvarın 1 də limitlə əlaqəli sayğacın sıfırlanması gözlənilirdi. Amma Xəzər rayon qaz idarəsi fevralən 1-i gəlib sayğaca baxış keçirib və qəbz də təqdim etməyib. Məlum olub ki, fevralın 1-nə qədər mən limiti keçmiş olmuşam (baxmayaraq yanvarın 1-də sıfırlanmalıydı sayğac) və 360 manat ödəməliyəm. Və fevralın 1-dən dediklərinə görə 2025-ci ilin hesabatı aparılacaq. Yəni 1200 kub limit hesablanacaq. Heç nə demədik. Fevral üçün sərfiyyat 720 kub olduğu halda və mən qanunsuz limiti keçmiş hesab olundum, sərfiyyat 22 qəpikdən hesablandı.

Azər Məmmədovdan soruşuram: niyə bu xalqı sevdikləri, canlarını belə verməyə hazır olduqları dövlətdən iyrəndirirsiniz? Əgər siz mənim 100 -200 manatıma qalmısınızsa, gəlin istəyin verim. Mənim kimi 100-lərlə insan var bu özbaşnalıqla üz-üzədir. Deyendə də bizi borclu çıxarırlar”, - o bildirib.
 

 

 


OXŞAR XƏBƏRLƏR