Aparıcı sosial şəbəkədə yazılan ismarıca əsəbləşdi - VİDEO

DÜNYA
15:35 12.07.2013
1973
Türkiyənin tanınmış jurnalist və tele-aparıcısı Fatih Portakal proqram vaxtı tamaşaçılardan birinin sosial şəbəkə vasitəsilə yazdığı ismarıca sərt cavab verib. Məlumata görə, tamaşaçılardan biri “Twitter” sosial şəbəkəsi ilə “Urfa şanlıdırsa, Maraş qəhrəmandırsa, Antep qazidirsə, Rize, Siirt və İstanbul da mübarək şəhərdir. Çünki bu 3 böyük şəhər Türkiyə Cümhuriyyəti tarixinin ən böyük liderinin dünyaya gəlməsinə səbəb olub” yazıb.Aparıcı isə bu ismarıca sərt reaksiya verib: “Məncə, Türkiyə Cümhuriyyəti tarixinin ən böyük lideri qazi Mustafa Kamal Atatürkdür. Nəticədə Cümhuriyyəti qurub. Bu gün belə siyasətçilərdən danışırıqsa, Ərdoğanın - Ərdoğan, Fatih Portakalın - Fatih Portakal, Həsənin Həsən olmasına vəsilə Mustafa Kamal Atatürkdür. Tarixin ən böyük liderlərindən, qəhrəmanlarımızdan biridir. Türkiyənin Şanlıurfa, Qaziantep və Kahramanmaraş şəhərləri İstiqlal müharibəsində göstərdikləri xüsusi şücaətə görə, qeyd olunan titullarla təltif ediliblər".

OXŞAR XƏBƏRLƏR