Aparıcılar arasında qalmaqal: "Estafet səndə olsa idi, məni təkrarlamazdın"

Aparıcılar arasında qalmaqal: "Estafet səndə olsa idi, məni təkrarlamazdın"
MAQAZİN
11:32 01.10.2025
291
"Əgər bu gün estafet səndə olsa idi, mənim mövzularımı işləyib, verilişimin rubrikalarını olduğu kimi təkrarlamazdın".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı Zaur Nəbioğlu deyib.
 
O, aparıcısı olduğu "Rəngarəng" verilişində həmkarı Zaur Kamala sərt mesaj göndərib:
 
"Zaur Kamal mənim verilişimin mövzularını işləyir, amma nə mənim, nə də verilişimin adını heç çəkmir. Daha sonra deyir ki, guya estafeti mənə ötürüb. Mən də buradan ona deyirəm ki, belə bir estafetin olduğundan da, onun Zaur Kamalda olduğundan da, hətta onu mənə ötürdüyündən də xəbərsiz idim. Əgər belə bir şey varsa, onu deyim ki, mənə heç kim estafet verməyib, hamısını özüm sökə-sökə almışam. Əgər o səndə olsa idi, mənim mövzularımı işləyib, verilişimin rubrikalarını olduğu kimi təkrarlamazdın. Sadəcə olaraq mən Zaur Kamala heç nə deyə bilmərəm, çünki o aparıcı olanda mən yox idim. Məndən öncə olan və sonra gələn bütün aparıcılara hörmətim var".
 
Aysel
OXŞAR XƏBƏRLƏR