"Aparıcılar və kanal rəhbərləri mənəviyyatımıza ziyan vurur"

"Aparıcılar və kanal rəhbərləri mənəviyyatımıza ziyan vurur"
ŞOU-BİZNES
16:39 22.02.2026
626
Əməkdar artist Lalə Məmmədova sənət adamlarının verilişlərdə nümayiş olunan şəxsi həyatla bağlı etirazlarına dəstək olub.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi paylaşım edərək müğənnilərə səslənib:
"Bu gün telekanallarda baş verən hadisələrə görə xalqın heç bir günahı yoxdur və xalq bütün bu biabırçılıqları görməyə və eşitməyə layiq deyil! Təəssüf ki, reytinq xatirinə bizə musiqiyə aidiyyatı olmayan insanları müğənni kimi göstərən kanallar, aparıcılar və rəhbərliklər mənəviyyatımıza vurduqları ziyanı heç bir milyonlarla da kompensasiya edə bilməyəcəklər. Təklifim budur ki, qədim sənət sahiblərinin peşəsi leqallaşsın, onlar artıq müğənni adı altında yox, elə öz sənətlərinin davamçıları kimi efirdən uzaq fəaliyyət göstərsinlər".

OXŞAR XƏBƏRLƏR