Aparıcıları işdən çıxarıb əvəzində robotları çalışdırdılar

DÜNYA
11:59 29.10.2024
141
Polşada jurnalistləri işdən çıxaran və süni intellekt layihəsi ilə yayıma başlayan "OFF Radio Krakow” radio kanalı qərarını geri çəkib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, kanal yeni formatla bağlı izləyicilərdən aldığı çoxsaylı mənfi reaksiyalardan sonra süni intellektlə yaradılmış robotlarla yayıma davam etməmək qərarına gəlib. 

Radio kanalının sahibi Marcin Pulit verdiyi açıqlamada məqsədin süni intellektlə bağlı müzakirə başlatmaq olduğunu və buna nail olduqlarını bildirib.

Pulit süni intellektlə yaradılan serverlə yayımın davam etdirilməsi təcrübəsinin 3 ay davam etməsinin planlaşdırıldığını, lakin uğursuz alınan bu layihəni  davam etmək üçün heç bir səbəb görmədiklərini qeyd edib.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR