"Mən çox sakitəm və hazırda nələr hiss etdiyimi izah edə bilmirəm. Çox məyusam. Bu məğlubiyyətdə bütün məsuliyyəti üzərimə götürürəm".
AZXEBER.COM-un məlumatına görə, bu sözləri APOEL klubunun baş məşqçisi İvan Yovanoviç "Neftçi" ilə oyundan sonra (1:3) keçirilən mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis əsasən yerli azarkeşlərin davranışlarından narazı qalığını bildirib: "Komandamın oyunundan razı qala bilmərəm. Rəqib bizdən daha yaxşı oynadı. Bu məğlubiyyət bizim üçün şok oldu. Uğursuzluğa görə azarkeşlərimizdən üzr istəyirəm. Ancaq onların matçın sonlarına doğru davranışlarından narazı qaldım.Əlbəttə, azarkeşlər stadiona bizi dəstəkləmək üçün gəlmişdilər. Onlar dabizimkimi APOEL-inAvroliqanın qrup mərhələsinə düşəcəyinə ümid edirdilər. Lakin futbolda istənilən nəticəyə hazır olmalısan. Bu dəfə bizdə alınmadı. Azarkeşlərimiz təmkinli olmalıdırlar. Artıq bu mövsümAvrokubokları unudub, gələcəyə baxmaq lazımdır".