Appendiksin çıxarılması icbari tibbi sığorta təminatına daxil edildi

SAĞLAMLIQ
11:47 27.05.2024
459
İcbari tibbi sığorta hesabına qarın boşluğunda aparılan cərrahi əməliyyatlardan biri appendiksin çıxarılması – appendektomiya cərrahi əməliyyatıdır. 2021-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 17 671 appendektomiya icra olunub. 

AZXEBER.COM xəbər verir ki, kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı appendisit adlanır. Appendisit kəskin gedişli cərrahi xəstəlikdir. Xəstəlik inkişaf etdikcə soxulcanabənzər çıxıntının mənfəzində iltihabi mayenin toplanması, qan təchizatının pozulması baş verir ki, bu da çıxıntının deşilməsinə (perforasiya) gətirib çıxarır.

Xəstəliyin ağırlaşması hətta ölümə səbəb ola bilər. Ciddi fəsadların qarşısını almaq üçün vaxtında diaqnozun qoyulması və cərrahi əməliyyatın aparılması vacibdir.

Bu xəstəliyin klinik əlamətləri uşaqlarda və yaşlılarda fərqli olsa da, əsas xarakterik əlamətlərinə qarında başlayan ağrının tədricən sağ qalça çuxurunda cəmləşməsidir. Sağ qalça nahiyəsində həmin hissəyə əllə azca basdıqda ağrı şiddətlənərək dözülməz səviyyəyə çatır. Əksər hallarda xəstələrin digər şikayətləri iştahsızlıq, ürəkbulanma, qusma və yüksək hərarətdən olur. Bəzi hallarda xəstəliyin kliniki gedişi simptomsuz olur ki, belə hallar müxtəlif ağırlaşmalarla müşayiət olunur.  

Appendektomiya cərrahi əməliyyatı həkim-ümumi cərrah tərəfindən laborator və instrumental müayinələrin nəticələri əsasında açıq və ya laparoskopik üsulla aparılır. Hər iki üsul icbari tibbi sığorta ilə qarşılanır. 

Xəstəliyin laborator diaqnostikasında qanın ümumi analizi, sidiyin ümumi analizi, C-reaktiv protein (CRP) və göstərişə görə digər analizlər aparıla bilər. İnstrumental müayinələrdən isə tibbi göstərişə əsasən qarın boşluğunun USM, KT, MRT müayinəsi və rentgenoqrafiyası təyin oluna bilər. 

Əməliyyatönü müayinə və həkim konsultasiyası, reanimasiya, anesteziya, stasionar şəraitdə laborator və instrumental müayinələr, manipulyasiyalar, istifadə olunan dərman və tibbi sərf, pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.

Bu əməliyyat icbari tibbi sığorta ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və  K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda icra olunur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR