"Apple" bazar payını qaytarmaq üçün radikal addıma əl atıb

MARAQLI
20:38 05.09.2019
7200

Amerikanın "Apple" korporasiyası gələn il "iPhone" smartfonunun yeni ucuz modelini təqdim edəcək.

"Smartfon bazarında payını itirməkdə olan "Apple" şirkəti inkişaf etməkdə olan bazarlarda alıcıları cəlb etmək və Çində "Huawei Technologies" və digər rəqiblərin tutduğu mövqeləri qaytarmaq üçün gələn yaz ucuz "iPhone" modelini buraxacaq", - mənbələr deyiblər.

Bu model 2016-cı ildə buraxılmış "iPhone SE" smartfonundan sonra ikinci ucuz "iPhone" cihazı hesab edilir. Qeyd edək ki, "iPhone SE" smartfonunun ilkin qiyməti 399 dollar səviyyəsində təyin edilmişdi.

 

Yeni modelin adına dair heç bir məlumat verilmir.

 

Sputnik Azərbaycan

OXŞAR XƏBƏRLƏR