"Apple" bu model istifadəçilərinə pul ödəyəcək - Məhkəmə qərarı

MARAQLI
14:36 17.08.2023
500
"Apple" hər bir istifadəçiyə 65 dollar ödəyəcək.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 2017-ci ildə Apple köhnə iPhone modellərini qəsdən yavaşlatdığını etiraf etdi və bu vəziyyət böyük tənqidlərə məruz qalıb. Şirkət batareyaların köhnəlməsi nəticəsində yaranan birdən-birə bağlanma problemini həll etmək üçün prosessorun performansını azaltdığını açıqlasa da, istifadəçilər iPhone-ların yavaşlaması səbəbindən bu izahı kifayət etməyib.
 
Ötən illərdə "Apple” əvvəlcə Fransa tərəfindən 25 milyon avro cərimələnib.
 
Məhkəmə iPhone istifadəçilərinin yeni telefonlar almaq üçün köhnə model telefonların sürətini bilərəkdən yavaşlatdıqları iddiası ilə Apple-a qarşı açılan iddiada qərarını verib. ABŞ məhkəməsi 3 milyon iPhone istifadəçisinə adambaşına 65 dollar ödəməyə qərar verib. 
 
Kompensasiya ödənişləri üçün uyğun olan istifadəçilər 2020-ci ilin oktyabrına qədər ərizə vermiş  "iPhone 6", "iPhone 6 Plus", "iPhone 6s", "iPhone 6s Plus", "iPhone 7", "iPhone 7 Plus" və ya "iPhone SE" sahibləri olacaq.

Məhkəmə "Apple"ı 3 milyon iPhone istifadəçisinə ümumilikdə 500 milyon dollar ödəməyə məhkum edib. 

Gülay


OXŞAR XƏBƏRLƏR