"Apple" iPhone-dan Android-ə keçməyi asanlaşdırır

MARAQLI
11:55 11.03.2024
224
"Apple” Avropa İttifaqının Rəqəmsal Bazarlar Aktı sayəsində iPhone-dan Android telefonlarına keçidi asanlaşdıracaq bir funksiya üzərində işləyir.

AZXEBER.COM xəbər verir ki, Avropa İttifaqı ölkələrində 25 avqust 2023-cü ildə qüvvəyə minən Rəqəmsal Bazarlar Aktı "Apple” kimi böyük texnologiya şirkətlərindən bəzi məcburi addımlar atmağı tələb edir.

Sözügedən qanuna uyğun olaraq, "Apple” Avropa Birliyindəki iPhone istifadəçilərinin başqa əməliyyat sisteminə keçməsini asanlaşdırmağa çalışacaq.

ABŞ texnologiya şirkəti mobil əməliyyat sistemi provayderlərinə məlumatların iPhone-dan Android telefonuna ötürülməsi üçün kömək edəcək həll üzərində işlədiyini bildirib.

Qeyd edilib ki, funksiya 2025-ci ilin payızında istifadəyə veriləcək və bu tarixdən sonra "Samsung” və "Google” kimi şirkətlər iPhone-dan məlumat ötürülməsi üçün daha yaxşı alətlər təklif edə biləcəklər.

Ayşən

OXŞAR XƏBƏRLƏR