"Apple" şirkəti fevral ayından sərfəli qiymətə "iPhone" istehsal etməyə başlayacaq.
"Apple" şirkəti yeni modeli mart ayında elan edəcək.
Yeni cihazda "Touch ID"ni dəstəkləyən "home" düyməsi olacaq. "Apple" şirkəti "Face ID" funksiyasını yeni modeldə istifadə etməyəcək.
Yeni telefonun "iPhone SE 2" adlandırılacağı iddia olunur. Smartfonun prosesoru hazırkı "Iphone 11” ilə eyni olacaq.
Şirkət ucuz smartfon istehsal edərək "Android" cihazlarla rəqabət aparmağa çalışacaq.
Telefonun qiymətinin digər "iPhone" modellərindən ucuz olacağı gözlənilir.
///BAKU.WS