"Apple" "Veritas" adlı gizli süni intellekt botu ilə "Siri"ni yeniləyir

"Apple" "Veritas" adlı gizli süni intellekt botu ilə "Siri"ni yeniləyir
MARAQLI
11:11 30.09.2025
190
"Apple" "Siri"ni yenidən dizayn etmək məqsədilə "Veritas” adlı daxili süni intellekt chatbotunu sınaqdan keçirir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, şirkətin "OpenAI", "Google" və "Microsoft" kimi rəqiblərindən geri qaldığına dair tənqidlərin artdığı bir vaxtda bu addım Siri üçün çoxdan gözlənilən süni intellekt təkmilləşdirilməsinin başlanğıcı kimi dəyərləndirilir.

Gadget yönümlü texnologiyaları ilə tanınan "Apple" süni intellekt yarışında geri mövqedə qalıb.
 
"Apple Intelligence” yeniləməsinin məhdud təsiri və Siri-nin yeni versiyasının dəfələrlə təxirə salınması şirkətə qarşı narazılıqları artırıb. Tim Kukun rəhbərlik etdiyi komanda məxfiliyi qorumaq şərti ilə daha güclü və müasir süni intellekt köməkçisi hazırlamağa çalışır.

"Veritas” üzərində aparılan işlər Siri-nin növbəti versiyasının təkmilləşdirilməsi üçün əsas addım kimi qiymətləndirilir.
 
Gülay

OXŞAR XƏBƏRLƏR