"Apple”ın qatlana bilən iPad üzərində işlədiyi və cihazı gələn ilin sonuna doğru təqdim etməyə hazırlaşdığı iddia edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qatlana bilən smartfon bazarında rəqiblərindən bir az geri qalan "Apple”dan qatlana bilən iPhone modelini gözləyənlər bir az daha gözləməli ola bilər.
Yeni məlumatlara görə, "Apple” qatlanan iPhone təqdim etməzdən əvvəl qatlana bilən iPad modelini təqdim edəcək.
Bildirilir ki, "Apple” qatlana bilən "iPad” üzərində işləyir və gələn ilin sonuna doğru cihazı təqdim etməyə hazırlaşır.
Ayşən