Texnologiya nəhəngi "Apple” Türkiyədə məhsullarına daha bir ciddi artım edib.
AZXEBER.COM xəbər verir ki, şirkət 2023-cü ilin ikinci artımı ilə gündəmə gəlib.
Qeyd edək ki, Apple ötən ilin yanvar ayında iPhone modellərinin qiymətini artırmışdı. Bu artımla ən aşağı iPhone 14 qiyməti 32.999 TL olub. Apple Türkiyənin öz internet saytına baxdığımızda ümumilikdə məhsullarda 10 faiz artım var.
Ən aşağı iPhone 14 qiyməti: 35.999 TL
Yanvar ayında 128 GB-lıq iPhone 14-ün qiyməti 30 999 TL-dən 32 999 TL-yə yüksəlib. İndi ən aşağı iPhone 14 qiyməti 35.999 TL-dir.
512 GB-lıq ən yüksək model iPhone 14-ün qiyməti 40 899 lirədən 44 399 lirəyə yüksəlib. 128 GB-lıq iPhone 14 Plus-ın ən aşağı modeli 36.999 TL-dən 39.999 TL-yə, 512 GB-lıq ən yüksək modeli isə 44.899 TL-dən 48.399 TL-yə yüksəlib.
iPhone 14 Pro modelləri
iPhone 14 Pro modellərində ən az yaddaş sahəsinə sahib olan 128 GB-lıq cihazın qiyməti 41.999 TL-dən 45.999 TL-yə yüksəlib. iPhone 14 Pro 256 GB 44 599 TL-dən 48 799 TL-yə, 512 GB cihaz 49 899 TL-dən 54 399 TL-yə, iPhone 14 Pro 1 TB isə 55 199 TL-dən 59 999 TL-yə yüksəlib.
iPhone 14 Pro Max 128 GB 45.999 AZN-dən 49.999 AZN-ə qədər,
iPhone 14 Pro Max 256 GB 48 599 AZN-dən 52 799 AZN-ə qədər,
iPhone 14 Pro Max 512 GB 53.899 AZN-dən 58.399 AZN-ə qədər
və iPhone 14 Pro Max 1 TB 59.199 TL-dən 63.999 TL-yə yüksəlib.
Bundan əlavə, ümumi olaraq digər cihazlarda da artım olduğunu görürük. Dünən 19.700 TL ətrafında olan ən aşağı MacBook Air qiyməti bu gün 21.599 TL-dir.
Apple Türkiyənin son qiymətləri saytda öz əksini tapıb.
Mikayıl