"Apple" bu həftədən etibarən ABŞ-də "Watch 9 Series" və "Watch Ultra 2" smart saatlarının satışını dayandıracağını açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, texnologiya nəhənginin bu gözlənilməz addımı "Apple Watch"un qan oksigen sensoru texnologiyası ilə bağlı Apple və tibbi texnologiya şirkəti Masimo arasında uzun müddətdir davam edən patent mübahisəsinin bir hissəsi kimi ITC-nin (ABŞ Beynəlxalq Ticarət Komissiyası) qərarından sonra baş verib.
"Apple Watch Ultra 2" və "Apple Watch 9 Series" 21 dekabrdan sonra sifariş etmək mümkün olmayacaq.
Bu addımdan sonra Apple səhmləri həftənin ilk ticarət günündə dəyərinin 1.4 faizini itirib.
Qərar ABŞ Prezidenti Co Bayden tərəfindən dekabrın 25-dək nəzərdən keçiriləcək, lakin Apple qərarın qüvvədə qalacağı təqdirdə ona əməl etmək üçün artıq addımlar atdığını bildirib.
Mikayıl