"Apple"dən yeni plan: Ağıllı saat qadağasını dizaynla dəf edəcək

MARAQLI
13:26 17.01.2024
172
"Apple" tibbi monitorinq texnologiyası şirkəti "Masimo" ilə patent mübahisəsi nəticəsində bəzi ağıllı saat modellərinin satış qadağasını yenidən dizayn edilmiş modeli ilə aradan qaldıra bilər.

AZXEBER.COM xəbər verir ki, bir neçə il davam edən geniş hüquqi araşdırmadan sonra "Apple"nin "Masimo"nun patentlərini pozduğu məlum olub.
 
"Masimo" 2020 və 2021-ci illərdə qan oksigen xüsusiyyətinə malik ilk model olan "Apple Watch Series 6"nın satışa çıxarılmasından sonra şirkəti məhkəməyə verib.

ABŞ Beynəlxalq Ticarət Komissiyası patent mübahisəsinə görə "Apple"nin ən yeni ağıllı saatlarının ölkədə satışını qadağan edib.

Bu çərçivədə ABŞ-da Apple Watch Ultra 2 və Apple Watch Series 9-un satışı dayandırılıb.
 
"Apple" qərardan ABŞ Federal Apellyasiya Məhkəməsinə şikayət edib.
 
Qərarın dayandırılmasını tələb edən şirkət saatların yenidən dizayn edilmiş versiyalarının "Masimo"nun patentlərini pozub-pozmadığına qərar verəcək ABŞ Gömrük və Sərhəd Mühafizəsinin qiymətləndirməsini gözləməyi xahiş edib.

Bildirilib ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi Apple-ın yenidən dizayn edilmiş saat modelinin qadağadan azad edilməsinə qərar verib.

Bu xüsusiyyəti olmayan saatlar ABŞ-da yenidən satıla biləcək. Bununla belə, hazırda istehsal olunan və qan oksigenini ölçmə qabiliyyətinə malik Apple Watch modellərinin satış qadağası davam edəcək.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR