Aprel ayı bir sıra bürclər üçün romantik yeniliklər və yeni münasibətlərin başlanğıcı ilə yadda qala bilər. Astroloqların proqnozlarına görə, xüsusilə beş bürc bu ay sevgi baxımından daha şanslı olacaq.
AZXEBER.COM həmin bürcləri təqdim edir:
Qoç
Aprel sənin ayındır. Enerjin yüksək olacaq və diqqət mərkəzində olacaqsan. Yeni tanışlıqlar üçün çox əlverişli zamandır. Gözlənilməz bir sevgi başlaya bilər.
Buğa
Ayın sonlarına doğru romantik
enerji artır. Daha sakit, amma dərin hissli bir münasibətə başlaya bilərsən. Uzunmüddətli sevgi ehtimalı yüksəkdir.
Xərçəng
Duyğusal olaraq açılmağa başlayırsan. Keçmişdən biri geri dönə və ya yeni biri ilə emosional bağ qura bilərsən.
Tərəzi
Sevgi sahəsində balans tapırsan. Qarşılıqlı simpatiya və flörtlər çoxalacaq. Ciddi münasibətə çevrilə biləcək tanışlıq mümkündür.
Balıqlar
Romantik aura çox güclüdür. Xəyal etdiyin sevgi ilə qarşılaşmaq şansın var. Bu ay hisslər ön plandadır.











































