“Aprel qazisi” adlı sənədli filminin təqdimatı keçirilib

“Aprel qazisi” adlı sənədli filminin təqdimatı keçirilib
SOSİAL
11:00 23.10.2017
746

Beynəlxalq Mətbuat Mərkəzində "İnnovativ media” jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimai Birliyi və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin birgə təşkilatçılığı ilə "Aprel qazisi” adlı sənədli filminin təqdimatı keçirilib.

AZXEBER.COM xəbər verir ki, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən "Aprel döyüşləri gənc jurnalistlərin gözü ilə” layihəsi çərçivəsində hazırlanan filmdə Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprelində tarixə "Dördgünlük müharibə” kimi düşən döyüşlərdə göstərdiyi şücaətdən bəhs olunur. Qeyd edək ki, adıçəkilən filmdə aprel hadisələrinə nəzər salınmaqla yanaşı, Tərtər istiqamətində  gedən döyüşlərdə iştirak etmiş Azər Məmmədovdan müsahibə alınıb.

Təqdimatda Jurnalistika fakültəsinin müəllim-tələbə heyəti və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri  iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR