2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olan Ravil Novruzovun həyat və döyüş yolundan bəhs edən film çəkilir.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəsi Şurasının maliyyə dəstəyi ilə "Regional Medianın İnkişafına Yardım” İctimai Bilriyinin "Aprel döyüşlərində şəhid olan Ravil Novruzovun xatirəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində ərzəyə gələcək filmin iyul ayında təqdimatı nəzərdə tutulub.
Filmin rejissoru Dəyanət Rzayev, prodüseri Vəli Turan, ssenari müəllifi Coşğun Beydullayev, quruluşçu operatoru Elmar Nəbiyevdir. Filmin çəkilişləri şəhidin doğulduğu Xızı rayonunda həyata keçirilir. Filmdə şəhid R. Novruzovun obrazını gənc aktyor Rəşad Əliyarov canlandırır. "Gerçək olan arzu” adlı 30 dəqiqəlik ekran işinin "ARB Media Qrupa” daxil olan "ARB Günəş”-də yayımlanması nəzərdə tutulub.