‘Aprel şəhidi’nin anasından şok sözlər: ‘Oğluma başdaşı qoymağa imkan vermirlər’ - FOTOLAR

‘Aprel şəhidi’nin anasından şok sözlər: ‘Oğluma başdaşı qoymağa imkan vermirlər’ - FOTOLAR
SOSİAL
11:58 07.08.2016
10886

Aprel döyüşlərində şəhid olmuş daha bir hərbçimizin ailəsi dövlət orqanından şikayətçidir. Şəhid Ravil Novruzovun anası Nargilə xanım yaşadıqları Xızı rayonunun İcra Hakimiyyətindən şikayət edib.

“Xızı rayon İcra Hakimiyyətinin oğluma qoyduğu başdaşını sökdük, indi həyat yoldaşım təzəsini öz zəhməti ilə düzəldir. Çünki şəhidimizin qəbri seçilmirdi, görünmürdü. O gün yoldaşım Elmanı çağırıblar kənd icra nümayəndəliyinə, Xızı rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadə ona deyib ki, .. “orada obyekt tikirsən? O qəbir itib-batmalıdır. Bizdən heç nə istəmə. Nə borcumuzdur, vermişik. Başdaşını düzəltmişik, məclisini yola vermişik. Ölünün məzarı da itməlidir…”.

Yoldaşım gəlib evdə onların dediklərini söyləyəndə, az qala dəli olam. Biz oğlumuzun adına layıq olan başdaşı düzəldirik ki, görünsün, onun qəhrəmanlığı nəsillərə nümunə olsun, bunların dediklərinə bax…

Bu gün nə olmuşdusa, gəlmişdilər həyətimizə ki, nə probleminiz var? Qovdum onları qapıdan.

Yoldaşım tək-tənha işləyir, heç kimdən təmənnamız yoxdur.

Onlara dedim ki, “sizdən heç nə istəmirik”. Bəyəm başdaşına xərclədikləri o pulu ciblərindən veriblər? Bilirəm ki, dövlət vəsaiti hesabına düzəltdirmişdilər… Hirsləndim, qapıma gələnlərə dedim ki “başdaşı üçün, məclis üçün nə qədər xərc çəkmisinizsə, qaytarıram özünüzə, ancaq rədd olub gedin həyətimdən!. Mən şəhid Ravilin anasıyam, ağlamayacağam sizin qabağınızda. Bir dənə küçə adı vermisiniz uşağıma, 2 aydır küçəyə bir lövhə də vurulmayıb. Heç mən o küçəni layiq bilmirəm oğluma”.

Söylədim ki, mənim oğlum minnətli oğlan deyil, o, torpaq qurtarmağa gedib, torpaq satmağa yox. Vətən uğrunda şəhid olub. 5 dəfə sağlığında hərbi hissənin, Azərbaycanın bayrağını dalğalandırıb. Medallarla, fəxrı fərmanlarıyla… Mənim haqqım var bunları deməyə, ancaq onların haqqı yoxdur ki, deyələr “burda obyekt düzəldirsən”. Obyekti onlar düzəldirlər öz oğlanları üçün. Biz şəhid qəbri düzəldirik ki, gələcək nəsil tanısın.

Özüm iflic adamam, yenə nə qədər əsəb keçirdim. Bu günlərdə Neftçalada şəhid Elimdarın qəbrini ziyarətə getdim, oğlumun dostu olub, görərdiniz İcra Hakimiyyəti necə ad günü keçirdi. Binəqədi rayonu İcra Hakimiyyəti şəhid Emin üçün ad günü məclisi təşkil etdi. Halal olsun onlara. Şəhidləri ucaldırlar.

Mən Mehriban xanımla görüşümdə gördüm ki, çox sadə adam idi. Ancaq Xızıda yerli İcra Hakimiyyətinin başbilənləri özlərini dağ başına çəkirlər. Bizi əskik tuturlar.

Mehriban xanımın bunlardan xəbəri yoxdur. Mən istəyirəm ki, Mehriban xanım bu əməllərdən xərədar olsun.

Oğlum Talış kəndində postları işğaldan azad edib, qəhrəmanlıqla şəhid olub. Onun bu şücaətini bilsəydim, Mehriban xanımla görüşdə deyərdim. Bunları dostları ölümündən sonra danışıb. İndi başım ucadır ki, oğlum çox şücaətlər edib.

Mənim heç kimdən təmənnam yoxdur, Ravilin haqqı üstümüzdə çoxdur. Öz gücümlə uşağımın qəbrini abadlaşdırıram, toyu olmadı, bəy otağı olmadı, mən də ona qəbrisatnlıqda bəy otağı düzəltməklə, ürəyimi soyutmaq istəyirəm… ancaq onlar bizi narahat edirlər…. Nə olar, bizi rahat rahat buraxsınlar”.

Nargilə Novruzova ölkə başçısının xanımı Mehriban Əliyavanın aprel şəhidlərinin anaları ilə görüşündə iştirak edən və onun yanında oturanlardan biri olub. Açıqlamasında “Mehriban xanım” deyərək danışdığı nüanslar həmin görüşlə bağlıdır. (modern.az)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib