Apteklərdə dərman qıtlığı yaşanır: bəzi dərmanlar niyə tapılmır?

SAĞLAMLIQ
10:07 10.07.2022
348
Uzun müddətdir paytaxtdakı apteklərdə bəzi dərman preparatları tapılmır.

AZXEBER.COM xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra yoxa çıxan bəzi dərmanlar həm həkimləri, həm də pasientləri və onların yaxınlarını çıxılmaz vəziyyətdə qoyub.

Tapılmayan dərmanlar  əsasən psixi, eləcə də ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlərin müalicəsində istifadə olunan preparatrlardır. Söhbət Haloperidol, 5-NOK, Menovazin, Valerian ekstrakt, Denol, Anaprilin kimi dərmanlardan gedir. Bu preparatlar ölkəmizə əsasən Rusiya, Belarus və Ukraynadan gətirilir.

Əczaçılar da adıçəkilən dərmanların apteklərə gətirilmədiyini deyirlər. 

Dərmanların tapılmaması həkimlərə də çətinlik yaradır. Psixiatr Vəfa Şirinova "Xəzər Xəbər"ə deyib ki, şizofreniya xəstələrinin müalicəsində istifadə edilən "Haloperidol" preparatı son vaxtlar tapılmadığı üçün pasientlərin müalicəsində ləngimələr olur. Vurğulanıb ki, bəzən alternativ dərmanlar tövsiyə edilsə də, onlar da effek vermir.

Məsələyə Səhiyyə Nazirlindən də münasibət bildirilib. Qeyd edilib ki, nazirlik dərmanların ölkəyə idxalı ilə məşğul olmur. Preparatlar ölkəyə ayrı-ayrı özəl şirkətlər tərəfindən gətirilir və apteklərə təhvil verilir.

OXŞAR XƏBƏRLƏR